"Zərifə Əliyeva ömrünün işığı"

   26 aprel 2024-cü il tarixində məktəbin  5 A  sinfində müəllim İsmayilova Günelin  təşkilatçılığı ilə  görkəmli akademik  oftalmoloq alim Zərifə Əliyevanın anım günü ilə əlaqədar "Zərifə Əliyeva ömrünün işiğı" adlı nümunəvi dərs təşkil olundu. Dərs prosesi zamanı müəllim Zərifə xanımın keçdiyi işıqlı ömür yolu haqqında şagirdlərə ətraflı məlumat verdi. Sıravi həkimlikdən akademikliyə qədər yüksəlmiş Zərifə xanım oftalmologiya elminin inkişafına dəyərli töhfələr verib, bu sahə üzrə yüksək ixtisaslı kadrlar yetişdirilməsinə böyük əmək sərf edib. Akademik Zərifə xanım Əliyevanın zəngin irsi, tibbin müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifələridir. Şagirdlərdə öz növbəsində Zərifə xanım haqqında topladıqları məlumatları öz yoldaşlarının diqqətinə çatdırdılar.   Dərs zamanı şagirdlər görkəmli oftalmoloq alim Zərifə Əliyevanın həyatı və tibbi fəaliyyəti haqqında, eyni zamanda geniş yayılmış göz xəstəlikləri haqqında ətraflı məlumat verdilər, qarşılıqlı müzakirələr aparıldılar.Şagirdlər tərəfindən hazırlanmış slaydlar nümayiş olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi