Akademik Zərifə Əliyevanın məzarını ziyarət

  Rüfət Məmmədov adına 269 nömrəli  məktəbin direktoru Aygün xanım Əzizova, məktəbin müəllimləri və şagirdləri ilə bərabər    Fəxri xiyabanda görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anım günü ilə əlaqədar olaraq Zərifə xanımın məzarını ziyarət ediblər.  Şagirdlərə Zərifə xanımın həyat və yaradıcılığı haqqında məlumat verən Aygün xanım onun keçdiyi ömür yolundan geniş söhbət açmışdır. O, bildirdi ki, Azərbaycan tibb elmində silinməz izlər qoymuş, səhiyyəmizə böyük töhfələr vermiş akademik Zərifə xanım Əliyevanı xatırlayanda həm də göz önündə mənəvi kamilliyinin ən uca zirvəsində dayanan görkəmli elm fədaisinin işıqlı çöhrəsi canlanır. Eyni zamanda, onun simasında nəcib Azərbaycan qadını, vəfalı ömür-gün yoldaşı, fədakar ana obrazı görürük.  Daha sonra görkəmli alimin məzarı önünə  gül dəstələri qoyaraq ruhuna dualar oxunub.

Allah rəhmət eləsin !!!

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi