Yaşıl dünya naminə həmrəy olduq!!!

   Məlum olduğu kimi, ölkə başçısı İlham Əliyevin müvafiq sərəncamı ilə 2024-cü il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Sərəncamda qeyd olunur ki, Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilib.  Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır. Bununla bağlı 269 saylı tam orta məktəbdədə tədbir keçirildi. Tədbirin keçirilməsində əsas məqsəd şagirdlərin ekoloji dünyagörüşünü, təbiətə münasibətdə əxlaqi yanaşma mövqeyini, təbii sərvətlərin öyrənilməsi vasitəsilə idraki səriştələrinin formalaşmasını, öyrənmə və tədqiqatçılıq bacarıqlarının yeni formalarının hazırlanmasını, məktəblilərin ekoloji hərəkata, ekolojiyönümlü fəaliyyətə cəlb edilməsini, bilik axtarışının müxtəlif forma və metodlarını, praktiki bacarıqları, təşkilatçılıq qabiliyyətlərini stimullaşdırmaqdan ibarət olub. Şagirdlər və müəllimlər hər biri yaşıl rəngdə geyimlər geyinərək həmin günə rəng qatmışdılar. Həmçinin, şagirdlərin və müəllimlərin əllərində olan dibçəklərdə olan rəngarəng güllər tədbirə xüsusi gözəllik verirdi. 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi