Rüfət Məmmədovun 30 illik anım gününə həsr olunmuş iməclik

  Məktəb ərazisində ekoloji vəziyyətin daha da yaxşılaşdırılması, yaz mövsümünün başlaması, təbiətə qayğı və yaşıllıqların artırılması, abadlıq- təmizlik sahəsində məktəbəmizdə  ardıcıl tədbirlər görülür. Bu tədbirlərdən biri də məktəbimizin şəhidi və məktəbin adın daşıyan Rüfət Məmmədovun 30 illik anım günü ilə əlaqədar olaraq məktəbin həyətyanı sahəsində iməclik keçirildi. İməclikdə məktəb rəhbərliyi, müəllimlər, şagirdlərlə yanaşı valideynlərdə iştirak ediblər. İməcilikdə məktəbin ərazisində  məişət tullantılarından,  quru ot və kollardan təmizlənib, yeni ağaclar əkilib. Həmçinin, ərazidə mövcud olan çəmənlik və ağacların suvarılması, qurumuş ağacların vaxtında ərazidən götürülməsi, ağac və kollarda yaşıl budamanın aparılması işləri görülüb. Məktəbin həyətində təmizlik-abadlıq işləri görülərək, ərazilər ətraf mühit və insan sağlamlığı üçün zərərli olan müxtəlif məişət və polietilen tullantılarından təmizlənib. Şagirdlər məktəbin həyətyanı sahəsində təmizlik işləri görüb, müxtəlif həmişə yaşıl ağaclar , güllər əkdilər. Valideynlərdə öz növbələrində bu işdə şagirdlərə köməklik göstərdilər. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi