31 MART AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜ

31 mart soyqırımı məktəbimizdə Azərbaycan xalqı və dövlətçiliyinin tarixində baş vermiş faciəli hadisə kimi yad olundu. Bu günlə əlaqədar məktəbdə birinci dərslər mövzuya həsr olundu. Siniflərdə müəllimlər mövzu ilə bağlı söhbətlər apardı, şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Sonra məktəbin akt zalında “31 mart azərbaycanlıların soyqırımı günü” ilə əlaqədar tədbir keçirildi. Tədbir məktəbimizdə fəaliyyət göstərən 1 nömrəli UGİM- nin ," Nitq mədəniyyəti" dərnəyinin rəhbəri Təhminə Quliyevanın təşkilatçılığı və dərnəyə üzv olan şagirdlərin iştirakı ilə keçirildi. Tədbirdə 1 nömrəli UGİM- nin əməkdaşları: Bədii - ədəbi yaradıcılıq mərkəzinin şöbə müdiri Yeganə xanım Əliyeva, həmin şöbənin baş metodisti Vəfa Ağayeva, məktəbin direktoru Aygün xanım Əzizova, Təlim-tərbiyə işləri üzrə direktor muavini  Alimə Seyfullayeva, Təşkiltaçı Nəzrin Vəkilova iştirak etdilər. Tədbiri məktəbin direktoru Aygün xanım Əzizova öz çıxışı ilə açdı. Qonaqlara və tədbir iştirakçılarına qan yaddaşımız haqqında qısa məlumat verdi. Soyqırım qurbanlarının xatirəsi birdəqiqəlik sükutla yad edildi. Daha sonra dərnək üzvlərinin iştirakı ilə səhnəciklər, şeirlər təqdim edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi