“ŞƏN STARTLAR” ESTAFET YARIŞI KEÇİRİLİB

   5 mart -Bədən Tərbiyəsi və İdman Günü” ilə əlaqədar ümumtəhsil məktəblərində qeyd edilən idman həftəsi bu gün başa çatıb. Son gün fəaliyyəti kimi 269 nömrəli tam orta məktəbdə 5-ci siniflər arasında  müəllim fiziki tərbiyə müəllimi Allahverdiyev Nurlan və Hüseynov Cəfərin "Şən startlar" estafet yarışı keçirilib. Estafet nəticəsində 5 C sinfi 1-ci yerə, 5 A sinfi 2-ci yerə, 5 B sinfi isə 3-cü yerə layiq görüldülər. Beləliklə məktəbimizdə idman həftəsi çərçivəsində keçirilən bir çox rəngarəng tədbirlər şagirdlərə sağlam həyat vərdişləri aşılanmasında müsbət rol oynayıb. “Sağlam bədəndə sağlam ruh olar” fikrinə istinad etsək, bu tip tədbirlərin keçirilməsi təqdirəlayiqdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi