Nizami irsini öyrənirik

       Məktəbin 8 C sinfində müəllimə Budaqova Kəmalənin rəhbərliyi ilə Nizami Gəncəvinin Sirlər xəzinəsi poemasina daxil olan "Sultan Səncər və qarı" əsərinin təhlili üzrə  nümunəvi dərs təşkil olundu. Dərs prosesində böyük söz ustadının xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş parlaq irsi əsrlərdən bəri Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yerini qoruyub saxlamasi barədə müəllimə şagirdlərə geniş məlumat verdi. Həmçinin şagirdlər öz növbəsində əsərin məzmunu, dul bir qadının mənəviyyatını şeytana satmış bir hökmdara qarşı cəsarətini bəyəndiklərini və bu əsərlə Nizaminin öz dövrünün ən cəsarətli söz ustadı olduğunu sübut etdiyini bildirdilər. Müəllim öz növbəsində əyani vəsaitlərdən istifadə etməklə mövzunu daha maraqli və şagirdlər üçün yadda qalan etdi. Dərs prosesində müəllim mütəfəkkir şairin çoxsaylı davamçılarından ibarət böyük bir ədəbi məktəbin bünövrəsini qoyduğunu şagirdlərin nəzərinə çatdırdı. Nizami irsini öyrənmək və gələcək nəsillərə ötürmək şagirdlər tərəfindən maraqla qarşılandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi