Nailiyyətlərimiz

Uğurlu nəticə əldə etmiş məzunlarımızHər il olduğu kimi ötən dərs ilində də məktəbimizin məzunları qəbul imtahanlarında yöksək nəticələr göstərmişlər. 2015/2016 - cı dərs ilində məktəbimizi 101 məzun bitirmiş, onlardan 70 nəfəri ölkəmizin nüfuzlu ali təhsil müəssisələrinə, 3 nəfər isə xarici ölkələrin ali məktəblərinə qəbul olunmuşlar. Qeyd edək ki, yüksək nəticə göstərmiş məzunlarımızdan 6 nəfəri 600 - dən yuxarı; 12 nəfəri 500 - dən yuxarı bal toplamışlar. 1 nəfər məzunumuz Rzayev Murad Elbrus oğlu ölkə Prezitentimiz tərəfindən "Prezident təqaüdçüsü" adına layiq görülmüşdür. Daha bir məzunumuz Əlizadə İbrahim Orucəli oğlu isə məktəbi qızıl medalla bitirərək Qafqaz Universitetinə qəbul olunmuşdur. Ötən dərs ilində uğur qazanmış məzunlarımızla fəxr edirik!

Ilk Milli BMT Modeli Konfransı20-23 fevral 2016-cı il tarixlərdə Fairmont otelində ölkə miqyasında Birinci Milli BMT Modeli Konfransı (MilliMUN) öz işinə uğurla başlamışdır. Konfrans Azərbaycan Respublikası Höküməti ilə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı arasında “Qlobal siyasi müzakirələrdə gənclərin fəal iştirakının dəstəklənməsi üçün yeni platformalar yaradılması haqqında” imzalanmış layihə çərçivəsində təşkil olununmuşdur. Layihənin əsas məqsədlərindən biri Azərbaycanda BMT Modeli (bundan sonra – MUN) hərəkatının institutlaşdırılması, universitetlərdə MUN klublarının təsis edilməsi və onları birləşdirəcək MUN şəbəkəsinin (Model UN Network) yaradılmasıdır. Bütün iştirakçılar seçim, müsahibə və təlim mərhələlərindən keçmişdirlər. Qeyd edək ki, hər komitənin “Ən yaxşı nümayəndə”, “Ən yaxşı mövqe sənədi” və “Ən yaxşı debatçı”sı seçilmişlər. Qaliblər təşkilatçılar tərəfindən sertifikat və dəyərli hədiyyələrlə mükafatlandırılmışlar. Konfransın işində məktəbimizin 10E sinif şağirdi Abasov Cavad İlqar oğlu da iştirak etmiş, yüksək təlim nəticələri göstərərək təşkilatçılar tərəfindən sertifikat və dəyərli hədiyyələrlə mükafatlandırılmışdır.

"Alplogo - 2015" proqram mühitində 5 -7 sinif şagirdləri arasında keçirilən yarışma16.05.2015 ci il tarixində məktəbimizin 2 şagirdi: 7D sinif şagirdi Qocayev Ruslan (II yer) və 6D sinif şagirdi Feyziyeva Nərminə (III yer) "ALPLogo - 2015" mühitində proqramlaşdırma müsabiqənin Respublika turunun qalibləri olmuşlar. Qalibləri ürəkdən təbrik edir və yeni uğurlar diləyirik.

HAQQIMIZDA
BİZİM FƏXRLƏRİMİZ

Ürfane İsmayılova Akif

Mürfariz Muradov Mirsaleh

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi