HAQQIMIZDA

Bakı şəhəri Binəqədi rayonu 267 nömrəli məktəb-lisey Elşad Həmidovun adını daşıyır.Tədris ocağı 1982-ci ildən məktəb, 2008-ci ildən isə məktəb-lisey kimi fəaliyyət göstərir. Təlim Azərbaycan və rus dillərində aparılır. Xarici dillərdən ingilis və rus dilləri tədris edilir. İngilis dili pilot məktəb kimi intensiv olaraq öyrədilir.

Məktəb altı günlük iş rejimində, iki növbədə işləyir. 64 sinifdə 1860 şagird təhsil alır, təhsilalanların təlim tərbiyəsi ilə 119 müəllim məşğul olur.

 Məktəb - liseydə müasir tələblərə cavab verən fizika,kimya,biologiya kabinetləri, kompüter otaqları,akt zalı, idman zalı, futbol meydançası və zəngin kitabxana vardır.  Məktəb-lisey  2004-cü ildə "Təhsil sistemində müasir yanaşmaların təşəkkülü ili" çərçivəsində keçirilən "İlin yaradıcı fəaliyyəti ilə fərqlənən ən yaxşı təlim - tərbiyə müəssisəsi" müsabiqəsinin, 2008-2009-cu dərs ilində isə  “ Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi olmuşdur. 2018-ci ildən məktəb-liseydə Azərbaycan Respublikası  Təhsil Nazirliyinin BP şirkəti ilə birgə keçirdiyi “ Orta məktəblərin yuxarı sinif şagirdləri üçün informatika fənninin  tədrisinin təkmilləşdirilməsinə dəstək ” pilot layihəsi tətbiq olunur. Məktəbdə “STEAM” və “Rəqəmsal bacarıqlar” layihələri uğurla həyata keçirilir. Təhsil ocağında şagirdlərin elmi dünyagörüşünün formalaşdırılması‚ yaradıcı təfəkkürünün inkişafı‚ bilik və bacarıqlarının möhkəmləndirilməsi məqsədilə "Kiçik Akademiya" fəaliyyət göstərir. Hər il şagirdlər rayon, şəhər və respublika üzrə keçirilən müxtəlif idman yarışlarının, sərgi və müsabiqələrin iştirakçısı və qalibləri olurlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi