Kiçik Akademiya

“ STEM PLUS ” Bilik Olimpiadasıİyunun 15-i məktəbdə fəaliyyət göstərən “Kiçik Akademiya” nın prezidenti Məmmədəva Sənubər yuxarı sinif şagirdlərinin iştirakı ilə Bakı şəhər orta ümumtəhsil məktəbləri arasında keçirilən “ STEM PLUS ” Bilik Olmimpiadasında iştirak etdilər. Sonda iştiraklarına görə sertifikat və hədiyyələrlə təltif olundular.

Ətraflı

“STEM və digər innovativ təhsil proqramlarının tədrisi” ilə bağlı təlimin bağlanış mərasimiMayın 16-sı “STEM (Elm, Texnologiya, Mühəndislik və Riyaziyyat) və digər innovativ təhsil proqramlarının (robotexnika, kibernetika, nanotexnologiyalar və s.) tədrisi” ilə bağlı təlimin bağlanış mərasimi keçirilib. Məktəbimizin informatika müəllimi Məmmədova Sənubər bu mərasimdə iştirak edərək, sertifikatla təltif olunub.

Ətraflı

Robotexnika OlimpiadasıAprelin 29-u Qərbi Kaspi universiteti məktəblilər arasında Robotexnika Olimpiadası keçirlib. Olimpiada iki istiqaməti əhatə edib. Birinci istiqamət üzrə şagirdlər robototexnika üzrə hazırladıqları layihələri nümayiş etdiriblər. İkinci istiqamət isə şagirdlərin Leqo ilə yapon milli güləşçisi olan SUMO döyüşçüsü hazırlayıb və robotunu döyüşə çıxarmasından ibarət olub. Məktəbimizin şagirdləri Xanbəyov Tamerlan, Qonaqov Elmir və Abdullayev Emildən ibarət komanda SUMO döyüşündə uğurla iştirak edərək diploma layiq görülmüşlər.

Ətraflı

“Kiçik akademiyanın” növbəti iclası keçirildiAprelin 26-sı məktəb-liseydə Kiçik Akademiyanın üzvləri cari dərs ilində Akademiyanın fəaliyyətini müzakirə etdilər. Müxtəlif fənn müəllimlərinin və şagirdlərin səmimi və konstruktiv əməkdaşlığı şəraitində keçən görüşdə bir sıra önəmli məsələlər müzakirə olundu. İlk öncə fənn müəllimlərinin rəhbərliyi ilə şagirdlərin fənn blokları üzrə müxtəlif mövzularda apardıqları araşdırmalar müzakirə oludu. Kiçik Akademiyanın üzvləri bir araya gələrək tədqiqatlarını davam etdirməyi qərara aldılar. Daha sonra Kiçik Akademiyanın prezidenti Məmmədova Sənubərin "Yeniyetmə və İnternet" adlı yeni metodiki vəsaiti müzakirə olundu. Hazırkı dövrdə cəmiyyətdə baş verən dəyişikliklər müasir yeniyetmələrin şəxsiyyətinin formalaşması məsələləri və bununla əlaqədar təhsilə, xüsusilə də məktəb təhsilinə verilən xüsusi önəm vəsaitdə öz əksini tapmışdır. Qeyd olundu ki, kitabda araşdırılan aktual problemlər məktəb psixoloqları, müəllim, valideyn və şagirdlər üçün xüsusi əhəmiyyətə malikdir.

Ətraflı

“Kiçik Akademiya”nın hümanitar bölməsinin təqdimatı keçirildi11.12.2018-ci il tarixində məktəbdə fəaliyyət göstərən “Kiçik akademiyanın” humanitar bölməsinin üzvlərinin “Tariximizin ən böyük vətənpərvəri : Heydər Əliyev” mövzusunda təqdimatı keçirildi. Hümanitar bölmənin rəhbəri İbrahimova İlhamə təqdimatları dinlədi, şagirdlərlə müzakirələr təşkil etdi.

Ətraflı

“Kiçik Akademiya”nın Fizika-riyaziyyat bölməsinin təqdimatı keçirildi12.11.2018-ci il tarixində məktəbdə fəaliyyət göstərən “Kiçik Akademiyanın” fizika-riyaziyyat bölməsinin üzvlərinin “Qravitasiya sahəsi ” mövzusunda təqdimatı dinlənildi. “Kiçik Akademiyanın” fizika-riyaziyyat bölməsinin rəhbəri Yaqubova Ülviyyə mövzu ilə əlaqədar şagirdlərlə müzakirələr təşkil etdi.

Ətraflı

KİÇİK AKADEMİYANIN CARİ TƏDRİS İLİNDƏ İLK İCLASIKiçik Akademiyanın cari tədris ilində ilk iclası 28.09.2018-ci il tarixində keçirildi. İclasda məktəb-liseyin direktoru Adilə Orucova, Kiçik akademiyanın prezidenti, məktəb-liseyin informatika müəllimi Məmmədova Sənubər akademiya daxilində icra olunacaq fəaliyyətlər haqqında məlumat verdilər. Şagirdlərin çıxışları dinlənildi. Şagirdlərdə elmi yaradıcılığa maraq yaratmaq, onların tətqiqatçılıq bacarıqlarını inkişaf etdirmək üçün məsləhətlər verildi.

Ətraflı

“Uşaqların gələcəyinə sərmayə” təhsil sərgisi13.10.2018-ci il tarixində məktəb-liseyin direktoru Orucova Adilə, riyaziyyat müəllimi Məmmədova Xəyyam “Kiçik Akademiya” nın üzvləri ilə birgə Bakı Ekspo Mərkəzində Təhsil Nazirliyinin dəstəyi, “Caspian Event Organisers” (“CEO”) şirkətinin təşkilatçılığı ilə “Uşaqların gələcəyinə sərmayə” devizi altında XII Azərbaycan beynəlxalq təhsil sərgisində iştirak etdilər. Dünyanın 12 ölkəsindən 135 iştirakçını bir araya gətirən sərgidə Bakı Dövlət Universiteti (BDU) öz stendi ilə təmsil olunurdu. Sərgi maarifləndirici xarakter daşıyırdı. Şagirdlərə universitetlər haqqında məlumatlar verildi.

Ətraflı

“Xəmsə” Milli İntellektual Oyununun rayon mərhələsiBinəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı və Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 09-11oktyabr 2018-ci il tarixində “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsində Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı”nın icrasına uyğun olaraq və 18 Oktyabr – “Dövlət Müstəqilliyi Günü”nə həsr edilmiş “Xəmsə” Milli İntellektual Oyununun rayon mərhələsi keçirilmişdir. 11.10.2018-ci il tarixdə məktəb-liseyin Kiçik Akademiyanın üzvlərindən ibarət “Zəka” komandası “Xəmsə” Milli İntellektual Oyununun rayon mərhələsində iştirak etdi.

Ətraflı

Şagirdlərin ADA universitetində professor və müəllim heyəti ilə görüşü22.10.2018-ci il tarixində məktəb-liseydə Kiçik Akademiyanın prezidenti Məmmədova Sənubər XI-ci sinif şagirdləri ilə birgə ADA universitetində professor və müəllim heyəti ilə görüşdülər. Şagirdlərə universitet , müəllim kollektivi və fakultələr haqqında məlumat verildi. Professor və müəllimlərin çıxışlarına qulaq asıldı. Daha sonra şagirdlər bina ilə tanış oldular.

Ətraflı

Kiçik AkademiyaMəktəb-liseydə 21.01.2015-ci il tarixdən etibarən “Kiçik Akademiya” fəaliyyət göstərir. 14.02.2015-ci il tarixdə məktəb-liseyin 10-cu sinif şagirdi Əlizadə İbrahim Orucəli oğlu “Sabahın Alimləri IV Respublika müsabiqəsində fizika-astronomiya nominasiyası üzrə II yerə layiq görülmüşdür. Akademiya daxilində təbiət, texniki bölmələr fəaliyyət göstərir. “Kiçik Akademiya”nın prezidenti məktəb-liseyin informatika müəllimi Məmmədova Sənubərdir. Təbiət bölməsinə məktəb-liseyin biologiya müəllimi Nəcəfova Sənubər, humanitar bölməyə tarix müəllimi İbrahimova İlhamə, fizika-riyaziyyat bölməsinə Yaqubova Ülviyyə , texniki bölməyə Məmmədova Sənubər rəhbərlik edir. “Kiçik Akademiya”nın bölmələr üzrə iclasları keçirilir. Yuxarı sinif şagirdlərinin elmi axtarışlara sövq edilməsi, onların müasir tətqiqat metodlarına yiyələnməsi, ali təhsil müəssələri ilə ümumi təhsil müəssiləri arasında əlaqələrinin genişləndirilməsi yönündə işlər aparılır.

Ətraflı
HAQQIMIZDA
BİZİM FƏXRLƏRİMİZ

Mühyəddin Kərimov Ziyəddin

Ürfane İsmayılova Akif

HAQQIMIZDA
BİZİM FƏXRLƏRİMİZ

Mühyəddin Kərimov Ziyəddin

Ürfane İsmayılova Akif

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi