FƏXRİMİZ

      Elşad Qoşqar oğlu Həmidov  
    
 

        Elşad Qoşqar oğlu Həmidov 1974-cü ilin dekabr ayının 8-də  Ermənistanın Basarkeçər rayonunun Əzizbəyli kəndində anadan olmuşdur.  Onun ailəsi 1988-ci ildə Ermənistandan məcburi çıxarılmışlar. Həmidovlar ailəsi Qax rayonunun  Zəyəm kəndində məskunlaşmışdılar. Elşad orada 10-cu sinfin üçüncü rübünə qədər oxumuşdur. Sonra onlar Bakıya köçərək 9  a mkr. Mir Cəlal küçəsi bina 53, mənzil 14 ünvanında yaşamışlar. Həmin vaxt Elşad  267 №–li məktəbdə təhsilini davam etdirmişdir. 1990-cı ilin yanvarında onuncu sinfinə qəbul edilən Həmidov 1991-ci ildə on birinci sinfi bitirmişdir. O, oxuduğu müddətdə öz təmkini , sakitliyi və  müstəqilliyi ilə həmyaşıdlarından fərqlənirdi. Elşad həmin il , yəni 1991-ci ildə Krım şəhərində hərbi məktəbə qəbul  olunmuşdur. O , ikinci kursu başa vurduqdan sonra Bakıya qayıdaraq Hərbi Akademiyada təhsilini davam etdirmişdir. Ona müharibə şəraiti olduğu üçün vaxtından əvvəl diplom vermişdilər. Sonra Türk hərbiçiləri ilə təlim keçən Elşad leytenant rütbəsi almışdır.

      Elşad Həmidov 1994-cü ilin aprelin 19-da Ağdam bölgəsinə hərbi xidmətə göndərilir. Xidməti borcunu layiqincə yerinə yetirən Elşad 1994-cü ilin aprel ayının 21-də qəhramanlıqla həlak olur.

      Elşad Həmidov subay idi.

      Həmidov Elşadın adı Bakı Şəhəri Xalq Deputatlartı Sovetinin Rəsayət heyətinin 10/ 107 saylı 23.09.1994 – cü il tarixli qərarına əsasən 267 №-li məktəbə verilmişdir. Qarabağ uğrunda şəhid olan Elşad Həmidovun adının əbədiləşdirilməsi ilə əlaqədar olaraq məktəbdə xüsusi guşə yaradılmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi