TƏHSİLDƏ İKT-nin TƏTBİQİ üzrə I BAKI FORUMU

Azərbaycanda təhsil siyasətinin əsas prioritetlərindən biri təhsildə İnformasiya Kommunikasiya Texnologiyalarının tətbiqinin genişləndirilməsidir. Bu məqsədlə Təhsil Nazirliyinin dəstəyi ilə 29.11.2018-ci il tarixində Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsildə İnkişaf və İnnovasiyalar üzrə 2-ci Qrant müsabiqəsinin qalibi olmuş “TƏHSİLDƏ İKT-nin TƏTBİQİ üzrə I BAKI FORUMU” həyata keçirilmişdir. Forumda məktəb-liseyin direktoru Orucova Adilə  və informatika müəllimi Məmmədova Sənubər də iştirak etmişdirlər. Forumun məqsədi İnformatika müəllimləri arasında İnformasiya-Kommunikasiya Texnologiyaları haqda fikir və ideya mübadiləsini təşkil etmək, İKT sahəsində son illər əldə olunan nailiyyətlər və yeniliklər barədə məlumatlandırmaqdır. Forumda müəllimlərlə yanaşı məktəb direktorları, təhsil sahəsində rəhbər işçilər, təhsil və innovasiyalar üzrə ekspertlər də iştirak ediblər. Qeyd olunub ki, şagirdlərin müasir texnologiyalarla bağlı bacarıqlarının artırılması indi təhsil sisteminin qarşısında duran əsas vəzifələrdən biridir.

 

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi