“Son zəng”

“Son zəng” çalındı!

Bütün məzunların duyğulu və qayğısız günlərinin birləşdiyi məktəb illəri iyunun 14 – də keçirilən "Son zəng"-in sədaları altında sona çatdı.

“Son zəng” tədbirində Binəqədi Rayonu İcra Hakimiyyətinin nümayəndəsi İsgəndərli Elşən, məktəb rəhbərliyi, pedaqoji heyət, məzunlar və onların valideynləri iştirak edirdilər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Azərbaycanın ərazi bütövlüyü uğrunda canını fəda etmiş bütün Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Direktor Rəna xanım Ağazadə məzunları təbrik edərək , buraxılış imtahanında yüksək bal toplayan şagirdləri fəxri fərmanla təltif etdi.

"Son zəng" tədbirində məktəb məzunlarının iştirakı ilə mahnı və rəqslərdən ibarət kompozisiyalar və maraqlı proqram nümayiş etdirildi. Sonda simvolik zəng çalındı.

Çalınan Son zəng onbirinciləri yeni müstəqil həyatla mübarizəyə, müvəffəqiyyətlərə yola saldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi