26 fevral “Xocalı soyqırımı” na həsr olunmuş tədbir.

26 fevral “Xocalı soyqırımı” na həsr olunmuş tədbir.Xocalı soyqırımı — 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, azərbaycanlılara qarşı baş vermiş soyqırımdır.Bu faciə Dağlıq Qarabağ münaqişəsi zamanı baş vermiş ən dəhşətli hadisələrdən biridir. Bu soyqırım zamanı Azərbaycan xalqı minlərlə şəhid qurban vermişdir.23 fevral 2015-ci il tarixində E.Həmidov adına 267№-li məktəb-liseydə “Xocalı Soyqırımı”na həsr olunmuş tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə açan məktəb-liseyin şagirdləri 26 fevral“Xocalı soyqırımı” haqqında məlumat verdi, dinc əhaliyə qarşı törədilən bu cinayətdən söhbət açdı. Daha sonra soyqırım şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Şagirdlər ardıcıllıqla ”Xocalı soyqırımı”na həsr olunmuş şeir və musiqi parçaları ilə çıxış etdilər.İstedadlı şagirdlərin iştirakı ilə “Xocalı soyqırımı”na həsr olunmuş səhnəcik nümayiş olundu.Sonda söz məktəb-liseyin direktoru Adilə xanım Orucovaya və Sahə İnzibati Ərazi Dairəsinin sədri Ləman xanım Əliyevaya verildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi