Qobustan Dövlət Tarixi Muzeyinə ekskursiya

Qobustan Dövlət Tarixi Muzeyinə ekskursiya
Aprelin 27-də məktəbin ibtidai sinif müəllimi Əliyeva Yeganənin rəhbəri olduğu 3 e sinif şagirdləri ilə birlikdə ölkəmizin maddi-mənəvi dəyəri olan Qobustan Dövlət Qoruğuna gəzinti təşkil etdilər. Şagirdlər muzeydə sanki bir canlı film izləmiş oldular. Hər bir eksponat, keçmiş insan sümüyünün qalıqları, müxtəlif məişət əşyaları, boyunbağları maraqlarını cəlb edirdi. Muzeyi gəzdikdən sonra tarixi qayalığa gəzinti ilə davam edən uşaqlar hər qayaüstü rəsmlər, qaval daşları onlarda marağa səbəb oldu.