Ekologiya ayına həsr olunmuş debat
2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik” ili elan olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə əlaqədar cari ilin oktyabr ayı ərzində “Məktəblərdə ekologiya ayı” layihəsinə start verildi.
Bu məqsədlə 267 nömrəli məktəb-liseyin coğrafiya müəllimi Pişiyari Sabina 9-cu sinifdə "Ətraf mühitdə su ehtiyatları və dayanıqlı enerji mənbələrindən səmərəli istifadə edilməsi, yaşıl enerji növlərinin yaradılması" mövzusunda debat təşkil etdi.