Müəllimlər üçün Breyn-rinq psixo-intellektual yarış

"Yaşıl dünya naminə həmrəylik ili" münasibətilə məktəbin psixoloqu Yəhyayeva Vüsalə , Gənclərin Respublika Bədii Yaradıcılıq evinin Musiqisevərlər dərnəyinin rəhbəri Əliyeva Könül və fizika müəllimi Eyvazlı Təravətin rəhbərliyi ilə müəllimlər üçün Breyn-rinq psixo-intellektual yarış keçirildi.Yarışda müəllimlərə musiqi, dünyagörüşü,klassik filmlər və digər biliklərdən suallar ünvanlandı.Məqsəd müəllimlərdə emossional vəziyyəti yaxşılaşdırmaq və peşəkar tükənməni aradan qaldırmaq idi.