Beynəlxalq Yer Kürəsi Günü

Beynəlxalq Yer Kürəsi Günü

22 aprel “Beynəlxalq Yer Kürəsi Günü”-ndə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində məktəb-liseyin 8-ci sinif şagirdləri Milli Hidrometeorologiya Xidmətinin Situasiya Mərkəzində tanışlıq ekskursiyasında oldular.

Şagirdlər Situasiya mərkəzində yerləşən “Hidrometeorologiyanın tarixi muzey” bölməsində şagirdlər Hidrometeorologiyanın tarixi, inkişaf mərhələləri və ilkin müşahidələr zamanı istifadə edilən cihaz və avadanlıqlarla tanış oldular.

Xidmətin mütəxəssisləri tərəfindən şagirdlərə, Yer səthində hidrometeoroloji müşahidələrin təşkili, cihaz və avadanlıqların istifadə qaydaları, hidrometeoroloji məlumatların qəbulu, emalı, vizuallaşması, doppler radar sistemi, həmçinin əldə edilmiş məlumatlar əsasında hava proqnozunun hazırlanması prosesi izah olundu.

Ekskursiya zamanı şagirdlərə iqlim dəyişmələri, erkən xəbərdarlıq sistemi haqqında, eləcə də, noyabr ayında Bakı şəhərində keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası barədə məlumatlar verildi.

Görüş şagirdlər tərəfindən böyük həvəslə qarşılanılıb və onları maraqlandıran suallar Xidmətin əməkdaşları tərəfindən cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi