7-ci siniflər arasında "Fizika yarışması"

25 aprel tarixində 267 nömrəli məktəb-liseydə şagirdlərin Fizika fənninə olan marağının artırılması, sağlam rəqabətlə biliklərinin ölçülməsi, komanda ilə işləmə bacarığının artırılması məqsədilə 7-ci siniflər arasında "Fizika yarışması" keçirildi. Bilik yarışı fizika müəllimi Əhmədova Təravət tərəfindən təşkil edildi. İlk öncə torpaqlarımızın azadlığı uğrunda canından keçmiş bacı və qardaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edildi, daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Tədbir açıq elan olunandan sonra "Fizika həyatdır" adlı videoçarx izlənildi. Şagirdlərin yarış boyu fəallığı, komandaların rəqabəti tədbirə daha da rəng qatdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi