I Qarabağ müharibəsində qəhrəmancasına şəhid olmuş Həmidov Elşad Qoşqar oğlunun anımının 30 illiyinə həsr edilən tədbir

Bakı şəhəri Binəqədi rayonunda şəhid Elşad Qoşqar oğlu Həmidov adına 267 nömrəli məktəb-liseydə, I Qarabağ müharibəsində qəhrəmancasına şəhid olmuş Həmidov Elşad Qoşqar oğlunun anımının 30 illiyinə həsr edilən tədbir keçirildi.

Qeyd edək ki, Elşad Həmidov 1991-ci ildə Krım şəhərində hərbi məktəbə qəbul olunmuşdur. O , ikinci kursu başa vurduqdan sonra Bakıya qayıdaraq Hərbi Akademiyada təhsilini davam etdirmişdir. Ona müharibə şəraiti olduğu üçün vaxtından əvvəl diplom vermişdilər. Elşad Həmidov leytenant rütbəsi almış, 1994-cü ilin aprelin 19-da Ağdam bölgəsinə hərbi xidmətə göndərilmişdi. Xidməti borcunu layiqincə yerinə yetirən Elşad Həmidov 1994-cü ilin aprel ayının 21-də Ağdam istiqamətində gedən döyüşlərdə xüsusi şücaət göstərərək şəhid olmuşdur

Şəhidin adını daşıyan 267 nömrəli məktəb-liseydə keçirilən tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının müavini Sevinc Süleymanova, məktəb rəhbərliyi, məktəbin pedaqoji kollektivi, şagirdləri, Şəhdimizlə çiyin-çiyinə vuruşan, Qazilər və Vətən müharibəsi iştirakçıları, ailə üzvləri, yaxınları, doğmaları və Şəhdimizin dünyaya göz açdığı Qərbi Azərbaycan Göyçə mahalı Basarkeçər rayon-Qaraqoyunlu kənd sakinləri iştirak etdilər.

Tədbiri giriş sözü ilə açan direktor Rəna xanım Ağazadənin çıxışından sonra Azərbaycanın Dövlət Himni səsləndi, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Söz qonaqlara verildi.

Şəhid Elşad Həmidovun doğmaları şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildirdilər.

Daha sonra 267 nömrəli məktəb-liseyin şagirdlərinin şəhidlər haqqında söylədikləri şeir parçaları və öz ifalarında vətənpərvər musiqiləri dinlənildi.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi