"12 ayın sultanı - Ramazan" adlı ədəbi-bədii gecə təşkil olundu

Ramazan mərhəmət, rəhmət, əfv ayıdır.

"Dəyərlərimizi qoruyaq" layihəsi çərçivəsində 09 aprel 2024 - cü il tarixdə "12 ayın sultanı - Ramazan" adlı ədəbi-bədii gecə təşkil olundu. Tədbiri məktəb-liseyin müəllimləri Səfərova Fərəh və Talıbova Sevda 7 və 8-ci sinif şagirdlərinin iştirakı ilə təşkil etdilər.

Qurani Kərimin nazil olduğu, günahların bağışlandığı, pis əməllərin islah olunduğu, Yaradanın mərhəmətinin, bu gözəl ayın fəzilətlərindən bəhs edən tədbirdə əvvəlcə Vətənimiz, torpaqlarımız, bayrağımız, dövlətimizin müstəqilliyi yolunda öz əziz canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Müqəddəs Ramazan ayının fəzilətlərindən biri də dünyasını dəyişmiş, haqq yoluna getmiş əzizlərin xatirəsini yad etməkdir. Ona görə də İsmayılov Rahim əfəndi şəhidlərimizin ruhuna quran oxuyub, dualar edib, mübarək ruhlarına ehsan edib. Allah bütün şəhidlərə rəhmət etsin, ruhları şad, məkanları cənnət olsun.

Bayram münasibətilə təbriklər edilib, dünyamızın, dövlətimizin, ordumuzun, əsgər balalarımızın salamatlığı naminə xoş arzular söylənilib.

Ramazan bayramınız mübarək!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi