Kiçik Akademiya

Məktəb-liseydə 21.01.2015-ci il tarixdən etibarən “Kiçik Akademiya” fəaliyyət göstərir. 14.02.2015-ci il tarixdə məktəb-liseyin 10-cu sinif şagirdi Əlizadə İbrahim Orucəli oğlu “Sabahın Alimləri IV Respublika müsabiqəsində fizika-astronomiya nominasiyası üzrə II yerə layiq görülmüşdür. Akademiya daxilində təbiət, texniki bölmələr fəaliyyət göstərir. “Kiçik Akademiya”nın prezidenti məktəb-liseyin informatika müəllimi Məmmədova Sənubərdir. Təbiət bölməsinə məktəb-liseyin biologiya müəllimi Nəcəfova Sənubər, humanitar bölməyə tarix müəllimi İbrahimova İlhamə, fizika-riyaziyyat bölməsinə Yaqubova Ülviyyə , texniki bölməyə Məmmədova Sənubər rəhbərlik edir. “Kiçik Akademiya”nın bölmələr üzrə iclasları keçirilir. Yuxarı sinif şagirdlərinin elmi axtarışlara sövq edilməsi, onların müasir tətqiqat metodlarına yiyələnməsi, ali təhsil müəssələri ilə ümumi təhsil müəssiləri arasında əlaqələrinin genişləndirilməsi yönündə işlər aparılır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi