“Kiçik akademiyanın” növbəti iclası keçirildi

Aprelin 26-sı məktəb-liseydə Kiçik Akademiyanın üzvləri cari dərs ilində Akademiyanın fəaliyyətini müzakirə etdilər. Müxtəlif fənn müəllimlərinin və şagirdlərin səmimi və konstruktiv əməkdaşlığı şəraitində keçən görüşdə bir sıra önəmli məsələlər müzakirə olundu. İlk öncə fənn müəllimlərinin rəhbərliyi ilə şagirdlərin fənn blokları üzrə müxtəlif mövzularda apardıqları araşdırmalar müzakirə oludu. Kiçik Akademiyanın üzvləri bir araya gələrək tədqiqatlarını davam etdirməyi qərara aldılar. Daha sonra Kiçik Akademiyanın prezidenti Məmmədova Sənubərin "Yeniyetmə və İnternet" adlı yeni metodiki vəsaiti müzakirə olundu. Hazırkı dövrdə cəmiyyətdə baş verən dəyişikliklər müasir yeniyetmələrin şəxsiyyətinin formalaşması məsələləri və bununla əlaqədar təhsilə, xüsusilə də məktəb təhsilinə verilən xüsusi önəm vəsaitdə öz əksini tapmışdır. Qeyd olundu ki, kitabda araşdırılan aktual problemlər məktəb psixoloqları, müəllim, valideyn və şagirdlər üçün xüsusi əhəmiyyətə malikdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi