Nəsimi rayonundakı F.Nəcəfov adına 266 nömrəli tam orta məktəbdə "Son Zeng"

SON ZƏNGMahnı sədaları altında XI-lər həyətə çıxaraq öz yerlərini tuturlar.Cücələrim musiqisinin sədaları altında birincilər meydana daxil olaraq öz yerlərini tuturlar.Azərbaycan Respublikasının Dövlət Himni səslənir.APARICI 1 -Diqqət ! Diqqət! Azərbaycan Respublikasının Dövlət Bayrağı gətirilsin.APARICI 2- Hörmətli məktəb direktoru, məktəbin müəllim və şagird kollektivi məzunların “Son zəng” mərasiminə hazırdılar. Bu təntənəli mərasimi açıq elan etmək üçün sözü sizə veririk.APARICI 1- Azərbaycan! Mayası nur, qayəsi nur ki, Hər daşında alov dilli daş ola bilər. Azərbaycan deyiliəndə ayağa dur ki, Ana yurdun ürəyinə toxuna bilər.ŞER – Rövşən - 11aAPARICI 2- Hörmətli tədbir iştirakçıları bu ilki “Son zəng” mərasimi əlamətdar bir vaxta təsadüf edir. Bildiyiniz kimi 13 gündən sonra Azərbaycan öz tarixinin qürurverici bir tarixini yaşayacaq, ilk Avropa idman oyunlarına ev sahibliyi edəcək. Məhz bu möhtəşəm idman yarışı Azərbaycanımızın gələcək tarixi üçün önəmli bir addım olacaq. Gəlin birlikdə dünyaya günəş kimi doğan doğma Azərbaycanımızı və onun prezidenti İlham Əliyev cənablarını ürəkdən alqışlayaq və vətənimizə, xalqımıza düşərli olsun deyək.APARICI 1- Bəli hörmətli müəllimlər, valideynlər və qonaqlar! Bu gün Azərbaycanın milli qəhrəmanı F.Nəcəfov adına 266 №li orta məktəbdə təntənəli bir gündür. Düz 11 il öncə öz körpə qədəmlərini 1-ci sinfə atan fidan balalar bu gün çılğın uşaqlıq həyatına əlvida deyəcəklər. Bu gün Son Zəng onları uşaqlıq və ilk gənclik illəri olan məktəb illərindən ayırıb müstəqil həyata səsləyəcək.ŞER - Vefa - 11 b APARICI 2- Əziz məzunlar, bu gün sizin üçün həm kədərli, həm də sevincli gündür.APARICI 1- Sevinclidir ona görə ki, bu gün müstəqil həyata ilk addımlarınızı atırsınız. Kədərlidir ona görə ki, sizin üçün doğma olan məktəb həyatına əlvida deyirsiniz.ŞER- Nəzrin 11a “Son Zəng” Mahnı - 11A sinfi APARICI 2- Təbrik üçün söz verilir məktəbin direktor müavini Asəf müəllimə. APARICI 1- Əziz 11-lər.Bu gün sizin sevincinizə birincilər şərik olur. Söz onlara verilir. 1a- Səma, Musa, Zeynəb 1b- Sahib, Zəhra, Ayxan Rəqs ______ 11-ci siniflər.APARICI 2- İndi isə söz XI siniflərin sinif rəhbərlərinə verilir.APARICI 1- Məzunların yeri boş qalmır.Onları sonrakı nəsil əvəz edir. İnanırıq ki, estafet etibarlı əllərə keçir.XIA- Kazım __ açarı təqdim edən. Qeyrətin yolunda ey doğma ellər Düşmənin başına alov ələrəm Mənim torpağımı bölən yağını Döyüş meydanında mən məhv edərəm Bu gün şagirdəmsə sabah əsgərəm X B-Cavad __ açarı alan. Coşsun vətən eşqi ilikdə qanda, Gedin!Yolunuza uğurlar olsun. Göydən üstünüzə qar yağanda da, Sevən qəlbimizdə ilk bahar olsun.ŞER ____11a SürəyyaAPARICI 2-Gül çiçək səpilsin yollara bu gün Müstəqil həyata sən qədəm basdın Zəng çaldı quş kimi çırpındı könlüm Bu səsə son dəfə sən qulaq asdın.Mahnı ___11b sinfiAPARICI 1- Məzunları təbrik üçün söz verilir məktəbin direktor müavini Həsən müəllimə. ŞER ____ Nərgiz 11b APARICI 2- İndi isə söz 11-cilərə verilir. - 11a, 11b. APARICI 1- Əziz məzunlar, indi məktəb zəngi sizləri sonuncu dəfə çağıracaq.APARICI 2- Bəxtimiz açılsın gəlməsin dərsə, Deyərdik bunları bir zaman bizdə. Artıq bu sözləri deyə bilmirik, Məktəb illərinə sağ ol deyirik.APARICI 1- Son zəngə tələsmə demək istədim, Zaman bizlər üçün yaman tələsir. Oğlanlar kövrəlir, qızlar ağlayır, Məktəb bizim üçün əlçatmaz qalır.APARICI 2- Diqqət! Diqqət!Azərbaycan Respublikasının Dövlət bayrağı aparılsın.APARICI 1- İndi isə əziz 11-cilər sizləri rəqsə dəvət edirik.APARICI 2- Bununlada “Son Zəng” mərasiminə həsr edilmiş tədbirimiz sona çatdı.APARICI 1- Yetişdi ayrılıq, gəlin görüşək Doğma müəllimlərim,əziz dostlarım Son zəngin sədası kövrəltdi məni Həmişə sevinclə coşan məktəbim. Son
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi