HAQQIMIZDA

     266 nömrəli tam orta məktəb Azərbaycan Respublikasının Milli qəhrəmanı Fəxrəddin Nəcəfovun adını daşıyır. Bu təhsil müəssisəsi 1982-ci ildən fəaliyyət göstərir. Məktəb birtiplidir və bir korpusdan ibarətdir, 500 yerlikdir.  Məktəb 20 iyun 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən "Ən Yaxşı Ümumtəhsil Məktəbi" adına laiq görülmüşdür. Məktəb 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə əsaslı təmir edilmiş və yenidənqurma işləri aparılmışdır. Hal-hazırda məktəbimizdə 8 inzibati işçi, 71 müəllim və 15 nəfər texniki heyət çalışır. 686 şagird 26 sinif və 2 məktəbəhazırlıq üzrə komplektləşdirilmişdir. Təhsil müəssisəsi yalnız Azərbaycan bölməsindən ibarətdir. Dərslər həftədə 5 gün və 2 növbədə keçirilir. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi