Kiçik Akademiya

Laçın Şəhəri GünüMəktəb Kiçik Akademiyasının 1 dekabr Laçın şəhərinin azad edilməsi ilə bağlı konfransı keçirildi. Konfrans iştirakçıları Laçının tarixinə, mədəniyyətinə, adət-ənənələrinə, mətbəxinə aid təqdimatlarla çıxış etdilər, Laçına həsr olynmuş mahnılar ifa etdilər.

Ətraflı

Heydər Əliyev Gənclərin ilham mənbəyidir mövzusunda Konfrans keçirildi"2023-cü il Heydər Əliyev ili" ilə bağlı Fəaliyyət Planında nəzərdə tutulmuş işlər çərçivəsində Məktəb Kiçik Akademiyasının bir qrup fəal üzvünün iştirakı ilə "Heydər Əliyev Gənclərin ilham mənbəyidir" mövzusunda Konfrans keçirildi. Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlandı. Daha sonra Ulu Öndərin və Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Konfransı giriş sözü ilə açıq elan edən Kiçik Akademiya Prezidenti 10a sinif şagirdi Namiq İslamzadə Ulu Öndərin həyatı və xalqımızın həyatındakı çoxşaxəli fəaliyyəti haqqında çıxış etmək üçün sözü Konfrans iştirakçılarına verdi. Çıxış edən hər bir gənc Heydər Əliyev və onun yorulmaz fəaliyyəti haqqında ürəkdolusu danışdılar.

Ətraflı

Xocalı faciəsinin otuz birinci ildönümüXocalı faciəsinin otuz birinci ildönümü ilə bağlı bir Məktəb Kiçik Akademiyasının bir qrup fəallarının iştirakı ilə "Dəyirmi masa" keçirildi. "Dəyirmi masa"da Akademiya üzvləri hazırladıqları təqdimatlarla çıxış etdilər.

Ətraflı

20 Yanvar faciəsinin otuzüçüncü ildönümüMəktəb kiçik Akademiyasının 19 yanvar tarixdə 20 yanvar faciəsinin otuz üçüncü ildönümü ilə bağlı konfransı keçirilmişdir. Konfransda şagirdlər 20 yanvar faciəsi ilə bağlı öz araşdırmalarını videoçarxlar vasitəsi ilə təqdim etdilər.

Ətraflı

Ümummilli Lider Heydər Əliyevin anım günüMəktəb Kiçik Akademiasının 12 dekabr Ümummilli Lider Heydər Əliyevin Anım Günü ilə bağlı "Heyər Əliyev və Azərbaycan məfkurəsi"adlı konfransı keçirildi. Konfransda ilk olaraq Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film nümayiş etdirildi, şagirdlər hazırladıqları videotəqdimatlarla çıxış etdilər.

Ətraflı

Şuşa iliMəktəb Kiçik Akademiyasının 2022-2023-cü tədris ilində ilk Konfransı keçirildi. "Şuşa ili" ilə bağlı Şuşanın tarixi, şəxsiyyətləti, coğrafiyası, adət-ənənələri, flora-faunası mövzularında şagirdlər hazırladıqları təqdimatlarla çıxış etdilər. Şagirdlərin təqdimatlarında Şuşanın füsünkar təbiəti, azərbaycan musiqisinə, mədəniyyətinə, incəsənətinə bəxş etdiyi şəxsiyyətlər, bitki və heyvanlar aləmi, tarixi və mədəniyyət abidələri haqda dolğun məlumatlarlar toplamışlar. Şagirlərin hər birinə təşəkkür edir, uğurlar arzulaylrıq.

Ətraflı

Lütfi Zadənin 100 illiyiProfessor Lütfi Zadənin anadan olmasının 100 illiyinə həsr olunmuş, məktəb "Kiçik Akademiyasının" konfransı konfransı keçirildi.

Ətraflı

“Zəfər yolu”“27 Sentyabr Anım Günü və 8 Noyabr Zəfər Günü” ilə bağlı məktəbin fəaliyyət planına uyğun olaraq 25.10.2021-ci tarixdə məktəbdə “Kiçik Akademiyası”nın növbəti konfransı keçirildi. Konfransda istedadlı şagirdlər “44 Günlük Müharibə”, “Qalib Azərbaycan Ordusu”, “Dəmir Yumruq Əməliyyatı” mövzusunda hazırladıqları təqdimat və prezentasiyalarını nümayiş etdirdilər.

Ətraflı

Lütfi Zadənin 100 illik yubileyiMəktəbdə fəàliyyət göstərən 'Kiçik Akademiya"da 09.06.2021-ci il tarirxdə Lütfi Zadənin 100 illik yubileyinə həsr olunmuş dəyirmi masa keçirildi. Akademiyanın prezidenti Namiq İslamzadə Lütfi Zadənin həyat və fəaliyyəti haqda hazırladığı prezintatsiya ilə çıxış etdi.

Ətraflı

ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN ANADAN OLMASININ 98-Cİ İL DÖNÜMÜ08.05.2021-ci il tarixdə Kiçik Akademiya üzvləri Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə bağlı “Heydər Əliyev və Azərbaycan” mövzusunda onlayn tədbir keçirildi. Tədbirdə çıxış edən Akademiya üzvləri Ulu Öndərin həyat və fəaliyyəti haqqında hazırladıqları videoçarxlar nümayiş etdilər və şeirlər söylədilər.

Ətraflı

QARABAĞ TARİXİKiçik Akademiya üzvləri “Qarabağ tarixi” mövzusunda onlayn tədbir təşkil etdilər. Tədbirdə 7a sinif şagirdi Səma Rzazadə “Kəlbəcər tarixi”, 8a sinif şagirdi Namiq İslamzadə “Şuşanın tarixi” mövzularında hazırlaqdıqları təqdimatlarla çıxış etdilər. Təqdimatlar Akademiya üzvlərinin marağına səbəb oldu. Akademiyanın rəhbəri Tünzalə Piriyeva təqdimatla uğurlu çıxış edən şagirdləri təbrik etdi və gələcək işlərində Akademiya üzvlərinə uğurlar arzuladı.

Ətraflı

“Kiçik Akademiya”nın ilk konfransı keçirildiFəxrəddin Nəcəfov adına 266 nömrəli məktəbdə “Kiçik Akademiya” 04.02.2021-ci il tarixdə yaradılıb. Fevral ayının 5-də Mikrosoft Teams platforması üzərindən Kiçik Akademiya ilk konfransı keçirildi. Məktəb rəhbərliyi tərəfindən konfrans iştirakçılarına Kiçik Akademiyanın əsasnaməsi haqqında və görüləcək işlər barəsində ətraflı məlumat çatdırıldı. Konfrans zamanı Kiçik Akademiyanın rəhbəri, prezidenti və vitseprezidenti təyin olundu. İlk dövrlərdə 3 bölmə Humanitar, Texniki-təbiət və Fizika bölmələrinin yaradılması nəzərdə tutulur.

Ətraflı
HAQQIMIZDA

     266 nömrəli tam orta məktəb Azərbaycan Respublikasının Milli qəhrəmanı Fəxrəddin Nəcəfovun adını daşıyır. Bu təhsil müəssisəsi 1982-ci ildən fəaliyyət göstərir. Məktəb birtiplidir və bir korpusdan ibarətdir, 500 ye...

BİZİM FƏXRLƏRİMİZ

Mirhüseyn Əliyev Heydər

Nigar Salmanova Rasim

HAQQIMIZDA

     266 nömrəli tam orta məktəb Azərbaycan Respublikasının Milli qəhrəmanı Fəxrəddin Nəcəfovun adını daşıyır. Bu təhsil müəssisəsi 1982-ci ildən fəaliyyət göstərir. Məktəb birtiplidir və bir korpusdan ibarətdir, 500 ye...

BİZİM FƏXRLƏRİMİZ

Mirhüseyn Əliyev Heydər

Nigar Salmanova Rasim

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi