Vətəndaşların elektron sistemlər haqqında maarifləndirilməsi

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin göstərişinə uyğun olaraq məktəb rəhbərliyi tərəfindən vətəndaşları elektron sistemlər haqqında məlumatlandırmaq məqsədilə həftənin I günü saat 14:00-dan 17:00- dək qəbul günləri təyin edilmişdir. Qəbul gününün təyin edilməsində məqsəd müraciət edən vətəndaşları şagird yerdəyişməsi, şagird qəbul şagird-məzun sistemi, rəqəmsal platforma, elektron jurnal, dislokasiya nədir?, məktəbə hazırlıq qruplarına uşaq qəbulu, buraxılış imtahanları, l və X sinfə şagird qəbulu, rəqəmsal platformada qeydiyyat zamanı yaranmış problemlərlə bağlı müraciət, eksternat qaydada imtahanlarda iştirak və s. məsələlər haqqında məlumatları çatdırmaqdan ibarətdir. Təyin edilmiş qəbul günündə müraciət edən vətəndaşlar qəbul edilir və müraciətləri cavablandırılır.