FƏXRİMİZ

                                                                                Fəxrəddin Vəliyəddin oğlu Nəcəfov

     Nəcəfov Fəxrəddin Vəliyyədin oğlu 1967-ci il martın 31-də Bakıdan anadan olub. 1984-cü ildə Nəsimi rayonundakı 19 saylı orta məktəbi bitirdikdən sonra Bakı Çini Qablar Zavodunda əmək fəaliyyətinə başlayıb. Bir ildən sonra Fəxrəddin hərbi xidmətə çağrılır. O, 1987-ci ildə Arxangelsk vilayətində ordudan tərxis olunaraq, Vətənə qayıdır, DİN-nin Yanğından Mühafizə Ali Hərbi məktəbinə göndərilir. 
   1991-ci ildə Ermənistan Silahlı qüvvələrinin Azərbaycana qarşı təcavüzü güclənirdi. Torpaqlarımızın bütövlüyü və toxunulmazlığı uğurunda gedən döyüşlərdə əsgər və zabitlərimiz qəhrəmancasına vuruşurdular. 
Fəxrəddin Nəcəfovun rəhbərlik etdiyi bölük Çıldıran kəndinin düşməndən azad edilməsində böyük şücaət göstərib. Sentyabrın 4-də kəndə gedən kəşfiyyat dəstəsinə rəhbərlik edirdi. Düşmən bu əməliyyatdan duyuq düşür. Erməni faşistləri dəstənin üzvlərini atəşə tuturlar. Yaralanmış əsgərinə kömək etmək istəyəndə Fəxrəddin qəhrəmancasına həlak  olub.
Azərbaycan Resbublikası Prezidentinin 6 noyabr 1992-ci il tarixli 290 saylı fərmanı ilə Nəcəfov Fəxrəddin Vəliyəddin oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilib. Bakıda Şəhidlər Xiyabanında dəfn edilib. 

     Hazırda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 266 nömrəli məktəb Fəxrəddin Nəcəfovun adını daşıyır. Məktəbin həyətində büstü qoyulub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi