Azərbaycan Respublikası dünya kosmik ailəsinin üzvü kimi

     “12 aprel – Ümumdünya Aviasiya və Kosmonav Günü” münasibəti ilə Azərbaycan Respublikasında kosmik sənayinin inkişafı barədə şagirdlərlə maarifləndirici görüş keçirildi və Milli Aviasiya Akademiyasına ekskursiya təşkil edildi. Görüşdə “Azərkosmos”un əməkdaşı Murad Məmmədov şagirdlərə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2008-ci ildə Azərbaycanda aerokosmik sənayenin yaradılması, inkişaf etdirilməsi və uğurları barədə məlumat verdi. Müasir dövrdə ölkəmizdə yeni innovasiyada əsaslanan və mühüm inkişaf yolu keçən sahələrdən birinin məhz kosmik sənaye sahəsinin olması, 74-cü Beynəlxalq Astronavtika Konqresinin  2023-cü ildə Bakıda keçirilməsi  barədə şagirdlərə geniş məlumat verildi.

     Milli Aviasiya Akademiyasında şagirdlər Akademiyanın tədris strukturu ilə tanış  oldular. Şagirdlərə Azərbaycanın strateji əhəmiyyətə malik aerokosmik sahəsi, o cümlədən mülki aviasiya və bir sıra digər sahələr üzrə mütəxəssislərin hazırlanması barədə məlumat verildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi