Heydər Əliyev Gənclərin ilham mənbəyidir mövzusunda Konfrans keçirildi

"2023-cü il Heydər Əliyev ili" ilə bağlı Fəaliyyət Planında nəzərdə tutulmuş işlər çərçivəsində Məktəb Kiçik Akademiyasının bir qrup fəal üzvünün iştirakı ilə "Heydər Əliyev Gənclərin ilham mənbəyidir" mövzusunda Konfrans keçirildi. Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlandı. Daha sonra Ulu Öndərin və Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Konfransı giriş sözü ilə açıq elan edən Kiçik Akademiya Prezidenti 10a sinif şagirdi Namiq İslamzadə Ulu Öndərin həyatı və xalqımızın həyatındakı çoxşaxəli fəaliyyəti haqqında çıxış etmək üçün sözü Konfrans iştirakçılarına verdi. Çıxış edən hər bir gənc Heydər Əliyev və onun yorulmaz fəaliyyəti haqqında ürəkdolusu danışdılar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi