Məzun qızıl nişana layiq görülüb

Elm və təhsil nazirinin müvafiq əmrinə əsasən məktəb-liseyin XI sinif məzunu Tağıyev İlkin Əmrah oğlu qızıl nişanla təltif edilib.
Qeyd edək ki, qızıl və gümüş nişana layiq görülən məzunlar Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq olunmuş “Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş nişanla təltif olunma Qaydası”na əsasən müəyyənləşdirilir.
İlkin Tağıyevi məktəb rəhbərliyi və kollektivi adından təbrik edir, gələcək həyatında uğurlar arzulayırıq!
#MÜTDA #EduAz #Məktəb #Müəllim #Şagird #ElmvəTəhsilNazirliyi #BŞTİ #264nömrəliMəktəb-Lisey