Məzunlara attestatlar verildi

Bu gün 264 nömrəli məktəb-liseydə 2024-2025-ci tədris ili üzrə XI sinfi bitirən məzunlara tam orta təhsil haqqında attestatlar verildi. Attestatlar Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilən “Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası” əsasında məzunlara təqdim olundu.
Məktəbin direktoru Mehriban xanım Mustafayeva məzunları təbrik etmiş, onlara gələcək həyatlarında müvəffəqiyyətlər arzuladı.
#attestat #Məktəb #Müəllim #Şagird #ElmvəTəhsilNazirliyi #BŞTİ #264nömrəliMəktəb-Lisey #Məzun