FƏRQLƏNMƏ ATTESTATLARI VERİLDİ

Bu gün 264 nömrəli məktəb-liseydə 2024-2025-ci tədris ili üzrə XI sinfi bitirən məzunlara tam orta təhsil haqqında fərqlənmə attestatları verildi. Attestatlar Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilən “Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası” əsasında məzunlara təqdim olundu.
Məktəbin direktoru Mehriban xanım Mustafayeva məzunları təbrik etdi, onlara gələcək həyatlarında müvəffəqiyyətlər arzuladı.
Yolunuz açıq olsun, əziz məzunlar!
#BŞTİ #264nömrəliMəktəb-Lisey #MÜTDA #Məktəb #Müəllim #Şagird #virtualməktəb #fəalməktəb #Attestat