Sertifikasiya imtahanında iştirak edəcək müəllimlər üçün treninq keçirilib

Sertifikasiya imtahanında iştirak edəcək müəllimlərə psixoloji və metodiki dəstək məqsədilə 18.06.2025-ci il tarixində məktəbin psixoloqu Sevinc Hüseynova tərəfindən treninq təşkil olunub. Treninq zamanı müəllimlərin gərginliyinin azaldılması üçün müxtəlif psixoloji rahatlama oyunları, meditasiya və motivasiyaedici fəaliyyətlər həyata keçirilib.
Bu kimi tədbirlər müəllimlərin imtahan prosesinə daha inamlı və hazırlıqlı yanaşmasına şərait yaradır.
Sertifikasiya imtahanında iştirak edəcək müəllimlərə uğurlar arzu edirik.
#Sertifikasiya #MüəllimDəstəyi #PsixolojiTreninq #Təhsil #264nömrəliMəktəb-Lisey