"Hüquqlarımızı qoruyaq" adlı tədbir keçirildi

BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin ildönümü ərəfəsində Respublikamızda “Uşaq hüquqları aylığı” elan edilmişdir. Bu məqsədlə məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Çiçək Əliyevanın rəhbərliyi və 8e sinif şagirdlərinin iştirakı ilə  “Hüquqlarımızı qoruyaq” adlı tədbir keçirildi. Əvvəlcə Çiçək Əliyeva Uşaq Hüquqları Konvensiyası, onun yaranması, ölkəmizdə uşaqlara olan diqqət və qayğıdan danışdı. Sonra şagirdlər Konvensiyanın ayrı-ayrı maddələrində öz əksini tapan uşaq hüquqlarına münasibətlərini bildirərək maraqlı təqdimatlarla çıxış etdilər. Mövzuya aid videoçarxlar nümayiş etdirildi, səhnəciklər göstərildi. Şagirdlər milli geyimdə rəqs etdilər. Tədbirdə məktəbin direktoru Nurqələm Bayramova, müəllimlər, şagirdlər  və valideynlər iştirak etdilər.  

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi