STEAM’ool Olimpiadası 2025-də Böyük Uğur.

STEAM İnnovasiya Mərkəzində Elm və Təhsil Nazirliyinin, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin dəstəyi və STEAM Azərbaycanın təşkilatçılığı ilə keçirilən "STEAM’ool Olimpiadası 2025"in final mərhələsində məktəbimizin 6D sinif şagirdlərindən ibarət "NeoSTEAM" komandası uğurlu çıxışı ilə qaliblər sırasında yer aldı və mükafatlandırma mərasimində fəxrlə iştirak etdi.

Olimpiadada 4–9-cu siniflər üzrə ümumilikdə 223 məktəbdən 603 komanda, 2412 şagird iştirak etmişdir. Onlardan yalnız ən yüksək nəticə göstərmiş 50 komanda, 200 şagird final mərhələsinə vəsiqə qazanaraq, yekun imtahanda iştirak etmişdir. Finalda isə ümumilikdə 30 komanda qalib gəlmişdir.

Məktəbimizi bu mötəbər yarışda layiqincə təmsil edərək qalib adını qazanan şagirdlərimizi ürəkdən təbrik edir, onlara gələcək fəaliyyətlərində daha böyük nailiyyətlər arzulayırıq!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi