HAQQIMIZDA

          Bakı şəhəri Xətai rayonu 263 nömrəli tam orta məktəb şəhid Allahverdi Xəlilov Sabir oğlunun adını daşıyır. Məktəb 1980-ci ildə inşa edilmiş, 1981-ci ildən fəaliyyət göstərir.  Məktəb 2022-ci ildə yenidən tikilərək müəllim və şagirdlərin istifadəsinə verilmişdir. “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq məktəb  Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən  müasir avadanlıqlarla təmin olunmuş, müasir kimya, fizika, biologiya laboratoriyaları, hərbi,  komputer otağı, akt zalı, yeməkxana, idman zalı, kitabxana və oxu zalı şagirdlərin ixtiyarına verilmişdir. Fənn kabinetləri lazımı təchizatla təmin edilib. Bütün bunlar müəllim və şagirdlərə İKT-nın nailiyyətlərindən istifadə etməyə şərait yaradır. Azərbaycan Respublikası Prezidentinin  1 sentyabr 2009-cu il tarixli Sərəncamı ilə 2012-2013-cü ildə "İlin ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsində iştirak etmiş və qalibi olmuşdur.

         Azərbaycan Respublikası Təhsil Nazirinin 08 iyun 2015-ci il tarixli 644 nömrəli "Tam orta təhsil səviyyəsində təhsilin təmayüllər üzrə təşkil olunduğu pilot məktəblərin şəbəkəsinin genişləndirilməsi və pilot müəssisələrin 2015 - 2016 - cı dərs ili üçün tədris planlarının təsdiqi haqqında" əmrinə müvafiq olaraq məktəbimiz pilot təhsil müəssisəsi kimi təsdiq edilmişdir. Həmin əmrə müvafiq olaraq 2015-2016-cı tədris ilindən başlayaraq məktəbin 10 və 11 -ci siniflərində texniki fənnlər təmayüllü, riyaziyyat-iqtisadiyyat təmayüllü və humanitar təmayüllü pilot siniflər fəaliyyət göstərir. Şagirdlər 10 (on)-cu siniflərdən etibarən öz arzu, istək və maraqlarına uyğun olaraq "Dillər və ədəbiyyat", "Təbiət fənləri", "İctimai fənlər", "Texniki" fənlər üzrə komplektləşdirilir.  2016-2017-ci tədris ilindən etibarən məktəbimizdə məktəbəhazırlıq qrupları fəaliyyət göstərir. Məktəbimizdə dərslər Azərbaycan bölməsi üzrə tədris edilir. Məktəbdə 126 nəfər pedaqoji heyət və 30 nəfər texniki işçi heyəti fəaliyyət göstərir.

           Məktəb  2256 yerlikdir, 4 mərtəbəlidir. Məktəb 5 günlük iş rejimində 1 növbədə işləyir. Hal-hazırda 1753 nəfər şagird təhsil alır.

        Məzunlarımızın əksəriyyəti yüksək balla istədikləri ali məktəblərə qəbul olunmuşlar. Məzunlarımızdan xarici ölkə ali məktəblərində təhsil alanlar da var. Məzunlarımız müxtəlif dövlət və özəl sektorlarda çalışırlar.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi