Məzunlarımız Qarabağ Universitetinə Doğru!

Bu il məktəbimizin məzunu Ocaqverdiyev Fərid yüksək nəticə göstərərək böyük qürur hissi ilə Qarabağ Universitetinin Tibb və Sağlamlıq Elmləri fakültəsini seçmişdir. Onun bu seçimi həm öz ailəsi, həm də məktəbimiz üçün sevindirici və fəxrverici hadisədir. Qarabağ Universitetində təhsil almaq arzusunda olan məzunlar universitetin müəllimləri ilə təşkil olunmuş görüşdə iştirak etmişlər. Görüş zamanı tələbə adını qazanmış gənclərin təhsil imkanları, universitet həyatına hazırlıq və gələcək planları ətrafında geniş fikir mübadiləsi aparılmışdır. Məktəbin direktoru Nurqələm xanım məzunumuzla birgə görüşdə iştirak etmişdir. Fəridə və digər məzunlarımıza bu mühüm yolda uğurlar arzulayırıq. İnancımız sonsuzdur ki, onlar gələcəyin peşəkar mütəxəssisləri kimi Vətənə ləyaqətlə xidmət edəcəklər!