Məktəbimizin fəxri məzunu – Abbasov Rəhman.

Bu il məktəbimizin məzunu olan Abbasov Rəhman nümunəvi, tərbiyəli və məsuliyyətli şagirdlərimizdən biridir. O, təhsil illəri boyunca dərslərinə hər zaman ciddi yanaşmış, bilik və zəhmətin gücünə inanmışdır.
Rəhman xüsusilə riyaziyyat fənninə böyük maraq göstərmiş, bu sahədəki bacarığı ilə həm müəllimlərini, həm də məktəbi uğurla təmsil etmişdir. O, müxtəlif illərdə beynəlxalq səviyyəli müsabiqə və olimpiadalarda iştirak edərək dəfələrlə qızıl və gümüş medallara layiq görülmüşdür. Qismətin gözəl yazısı ilə Rəhman məhz bu il – tam orta təhsilini başa vurduğu zamanda Respublika Fənn Olimpiadasında Riyaziyyat fənni üzrə gümüş medal qazanaraq, böyük uğura imza atdı. Rəhmanın bu səviyyəyə çatmasında bir çox dəyərli müəllimin əməyi var. İlk təhsil pilləsində onu biliklə silahlandıran ibtidai sinif müəllimi Quliyeva Sarıtel, yuxarı siniflərdə riyaziyyat üzrə biliklərini formalaşdıran İsmayılova Məleykə, sinif rəhbəri Cəfərova Cəmalə, digər fənn müəllimlərimiz, eləcə də daim dəstək olan məktəb rəhbərliyi – direktor Bayramova Nurqələm xanım və tərbiyə işləri üzrə direktor müavini Muradova Şəhla xanımın əməyi xüsusi təşəkkürə layiqdir.
Eyni zamanda belə vətənə layiqli, tərbiyəli, savadlı övlad yetişdirən, bütün çətinliklərə baxmayaraq təhsilinə şərait yaradan, yanında olan və dəstəyini əsirgəməyən anası Reyhan xanıma dərin minnətdarlığımızı bildiririk. İnanırıq ki, Rəhmanın uğurları bununla bitməyəcək və qarşıdakı illərdə onun adını daha böyük nailiyyətlərlə eşidəcəyik!
Uğurların bol olsun, Rəhman!