Yüksək nəticəyə yüksək dəyər!

2025-ci il ali məktəblərə qəbul imtahanlarının nəticələrinə əsasən 600 və daha artıq bal toplamış şagirdlərimiz məktəb rəhbərliyi tərəfindən təltif olundu və təbrik edildi.

Bu uğur, təkcə bir imtahan nəticəsi deyil – bu, illərlə göstərilən zəhmətin, fədakarlığın və inamın bəhrəsidir.

Əziz şagirdlərimizin bu yolda qazandıqları uğurda bir çox insanların əməyi var. Hər bir şagirdimizi səmimi qəlbdən təbrik edir, qarşıda onları gözləyən yeni mərhələdə uğurlar arzulayırıq!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi