"Ordumuzla fəxr edirik"

Aprelin 2-dən 5-dək Azərbaycan və Ermənistan silahlı qüvvələri arasındakı döyüş qarşıdurması zamanı Silahlı Qüvvələrimizin bölmələri tərəfindən endirilən əks həmlələrdən düşmən tərəfin çoxsaylı itkilər verərək məğlubiyyətə uğradılması soydaşlarımızın ruh yüksəkliyinə səbəb olmuşdur.Ali Baş Komandanımızın mətin,qətiyyətli,əzmkar mövqeyi vətəndə və digər ölkələrdə yaşayan azərbaycanlılarda böyük coşqu yaratmış,mətbuatda yayılan görüntü və yazılar xalqımızın birmənalı şəkildə Azərbaycan dövlətinin,Azərbaycan ordusunun yanında olduğunu bir daha sübut etmişdir.Bununla əlaqədar A.S.Xəlilov adına 263 N-li tam orta məktəbin müəllim və şagird kollektivi fəal mövqe nümayiş etdirmiş,vətənpərvərlik mövzusunda açıq dərslər keçirmiş, bir sıra tədbirlər hazırlamışdır.Belə ki,ibtidai sinif müəllimi Rasimə Vəliyeva və 1-ci sinif şagirdləri qəhrəmanlarımızla bağlı tədbir hazırlamışdır.Tədbirdə bu körpələrin söylədikləri şer parçaları və göstərdikləri səhnəciklər, həm göz yaşardırdı, həm də qürur verirdi.Bu körpələrin bu qədər vətənpərvər ruhda olması bizi çox sevindirir və əmin oluruq ki,vətənimizə və xalqımıza layiqli vətəndaş yetişir.Tədbir şəhidlərin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı,şəhidlərin ruhuna dualar oxundu.Sonda məktəb rəhbərliyi N.Q.Abbasov döyüşdə şəhid olan əsgərlərin sücaətindən,mərd əsgərlərimizin qəhrəmanlığından geniş söhbət açaraq bir daha şagirdlərdə vətənə sevgini və sədaqəti aşılamış oldu.Xətai rayonunda şəhid olmuş əsgərlərimizin dəfn mərasimlərində rəhbərlik başda olmaqla məktəbin yuxarı sinif şagirdləri iştirak etmiş, "Şəhidlər ölməz,Vətən bölünməz" şüarları ilə yürüş etmişlər. Bundan əlavə, məktəbin foyesində bütün şəhid əsgərlərimiz haqqında foto stendlər nümayiş etdirilmişdir.Biz bütün əsgərlərimizlə fəxr edirik.
XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi