31 mart Azərbaycanlıların Soyqırımı Günü

1998-ci ildən 31 mart Azərbaycan Respublikasında dövlət səviyyəsində Azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir. Bu soyqırım Azərbaycan xalqı və dövlətçiliyinin tarixində baş vermiş faciəli hadisələrə milli yaddaşın təzahürüdür. Azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir."Azərbaycanlıların soyqırımı günü" hər yerdə olduğu kimi A.S.Xəlilov adına 263 N-li tam orta məktəbdə də anılmışdır."Azərbaycanlıların soyqırımı günü "adlı açıq dərslər keçirilmiş,hadisəni törədənlər haqqında şagirdlərə ətraflı məlumat verilmiş,foto stendlər hazırlanmış,inşalar yazılmışdır.Birinci dərs bütün siniflərdə ötən əsrin əvvəllərində Azərbaycan ərazisində baş verənlər barədə söhbətlər aparıldı. Tənəffüs zamanı şagirdlər məktəbin dəhlizlərində təşkil edilmiş foto stendlərlə ilə tanış oldular.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi