Məktəbdə “Bilik günü” qeyd olundu

 Sentyabrın 16-da 263 nömrəli tam orta məktəbdə “Bilik günü” qeyd olundu. Məktəbin uşaq birliyi rəhbəri Aynur Qənbərovanın təşkilatçılığı ilə keçirilən tədbirdə ilk öncə himn səsləndirildi. Tədbiri məktəbin direktoru Nurqələm Bayramova açıq elan etdi və hər kəsi "Bilik günü" münasibətilə təbrik etdi, məktəbin əvvəlki tədris ilində qazandığı uğurlarından danışdı. Şagirdlər şeirlər səsləndirdilər, rəqs etdilər.

 Tədbirdə Təlimə Dəstək Mərkəzinin əməkdaşı, psixoloq Səidə Əhmədova, Xətai rayonu Bələdiyyəsinin əməkdaşı Nərminə Hacıyeva iştirak etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi