Beynəlxalq Müdafiəsi Gününə həsr olunan Uşaq festivalı keçirilib

 Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan tədbir Heydər Əliyev Fondunun təşkilatçılığı, Təhsil Nazirliyinin dəstəyi ilə keçirilib.

 Festival çərçivəsində Mərkəzin parkında uşaqların maraqlarını əhatə edən, dünyagörüşlərini genişləndirən müxtəlif zonalar yaradılıb, ayrı-ayrı yaş qrupları üzrə əyləncəli və maarifləndirici proqramlar təqdim edilib.

 Uşaq festivalına Bakı şəhəri Xətai rayonu A.S.Xəlilov adına 263 nömrəli tam orta məktəbin direktoru Nurqələm Bayramova, direktor müavinləri, uşaq birliyi rəhbəri, 5b sinif şagirdləri, sinif rəhbəri Cəfərova Cəmalə iştirak etdilər. Məktəbin şagirdləri “Street art” küçəsində rəngli tabaşirlərlə asfalt üzərində şəkillər çəkdilər.

 Həmçinin məktəbin musiqi müəllimi Könül Əliyeva və Sevinc Bədəlovanın təşkilatçılığı ilə şagirdlər Heydər Əliyev Mərkəzinin parkında keçirilən Uşaq festivalında xorun tərkibində müvəffəqiyyətlə iştirak etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi