Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunub

 1 iyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Uşaqlar bizim gələcəyimizdir və ölkəmizin gələcəyi onların əlindədir, onları müdafiə etmək hər bir kəsin borcudur. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da hər il qeyd edilir. Bakı şəhəri Xətai rayonu A.S.Xəlilov adına 263 nömrəli tam orta məktəbdə də ibtidai sinif müəllimi Bəxtiyarova Ayşənin təşkilatçılığı ilə Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirildi. Şagirdlər mahnı oxuyub, şeirlər səsləndirdilər. Tədbirdə məktəbin rəhbəri Nurqələm Bayramova, məktəbin ibtidai sinif müəllimləri, şagirdlər və valideynlər iştirak etdilər. Tədbir məktəb rəhbərinin şagirdləri təbrik etməsi ilə yekunlaşdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi