"İslami dəyərlərin formalaşdırılması" mövzusunda "Dəyirmi masa" keçirildi

Bakı şəhəri Xətai rayonu A.S.Xəlilov adına 263 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Dadaşova Raisə 4a sinif şagirdləri ilə birlikdə "İslami dəyərlərin formalaşdırılması" mövzusunda "Dəyirmi masa" keçirdi. Tədbirdə məktəbin direktoru B.Nurqələm və fənn müəllimləri iştirak etdilər.

 Tədbirin açılışı azanın səsi altında salamlaşma ilə başladı. Raisə müəllim əvvəlcə uşaqlara islam dini haqqında məlumat verdi, dinimizin humanist mahiyyətli sülh və əmin-amanlıq, gözəl və saf əxlaqa, mərhəmət və şəfqətə, müxtəlif mədəniyyət və dözümlülüyə, elmə və inkişafa çağırış dini olmasından danışdı. Sonra uşaqlar Həzrəti Məhəmməd peyğəmbərin elmi-tərbiyəvi kəlamlarını söylədilər.

 Tədbirdə ulu öndər Heydər Əliyev və möhtərəm prezident İlham Əliyev cənablarının apardıqları düzgün siyasətin nəticəsində ölkəmizin multikultural ölkə kimi formalaşması, dünya ölkələrinə gözəl nümunə olması, həmçinin xalqımızın Allaha olan ibadətlərini rahat şəkildə etmələri üçün məscidlərin tikinti və bərpasına xüsusi göstərişləri şagirdlərin diqqətinə çatdırıldı.

 Şagirdlərin çıxışında Həzrəti peyğəmbərin həyatı, fəaliyyəti, həmçinin mövhumat və radikalizmlə bağlı mövzular dinlənildi. Raisə müəllim İslam dininin müqəddəs bayramları olan Ramazan və Qurban bayramı haqqında məlumatlar verdi və mövzuyla əlaqədar olan sujetlər nümayiş olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi