İmadəddin Nəsimi-650

 Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə 2019-cu ilin "Nəsimi ili” elan edilməsi haqqında sərəncamı ölkəmizin mədəni həyatında çox əlamətdar və təqdirəlayiq hadisədir. Bu münasibətlə Xətai rayonu A.S.Xəlilov adına 263 nömrəli tam orta məktəbin akt zalında dahi şairimiz İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyi ilə əlaqədar olaraq "İmadəddin Nəsimi-650" adlı ədəbi-bədii gecə keçirildi. Tədbirdə Nəsiminin qəzəlləri şagirdlər tərəfindən söylənildi. Səhnəciklər göstərildi. Nəsimi haqqında ətraflı məlumat verildi.

 Tədbirdə məktəbin direktoru Nurqələm Bayramova, direktor müavinləri , ədəbiyyat müəllimləri, şagirdlər iştirak etdi.

 Sonda İmadəddin Nəsimi yaradıcılığı haqqında hazırlanmış video çarx nümayiş olundu.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi