"QİÇS, narkomaniya və pis vərdişlərə yox deyək!"

Daxili İşlər Nazirliyinin və məktəbin Fəaliyyət planına uyğun olaraq A.S.Xəlilov adına 263 N-li tam orta məktəbdə "QİÇS,narkomaniya və pis vərdişlərə yox deyək!"adlı tədbir keçirilmişdir.Tədbirdə Xətai rayon Polis idarəsinin polis polkovniki Muradəli Babayev, polis polkovniki leytenant İdris Məhərrəmli,Respublika Narkoloji Mərkəzin şöbə müdiri Afət Məmmədova,Respublika QİÇS-lə mübarizə mərkəzinin həkimi Telman Məhərrəmov,Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı polis mayoru Hafiz Təmirov, veteran polislər iştirak etdilər.Tədbirdə mötəbər qonaqların və məktəb rəhbərliyinin çıxışlarında QİÇS,narkomaniya və pis vərdişlərin cəmiyyətimizə zərərindən onların gənclərin sağlamlığında törətdiyi fəsadlardan geniş söhbət açıldı.Bu vərdişlərin gənclərdə yaratdığı fəsadlardan nümunələr göstərildi.Cəmiyyətə ziyan vura bilən hər hansı pis vərdişlərin qarşısını almaq hər bir vətəndaşın öncəlik borcudur.Tədbirdə "QİÇS,Narkomaniya və pis vərdişlərə yox deyək" şüarı altında,referatlar,plakatlar nümayiş etdirilmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi