Şəhid məzunlarımızdan olan polkovnik-leytnant Rəşad Quliyevin xatirəsi yad edildi.

Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhid məzunlarımızdan biri olan Rəşad Quliyev 23 sentyabr 1983-cü ildə anadan olmuşdur.

Torpaqlarımızın işğaldan azad edilməsi zamanı döyüş əməliyyatlarına qatılan, hərbi hissə qarşısında qoyulan tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirən, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində rəşadət göstərən, Cəbrayılın azadlığı uğrunda savaşda şəhid olan polkovnik-leytenant Rəşad Quliyev yoldaşları tərəfindən qazandığı Canavar ləqəbi ilə tarixə düşdü.

23 sentyabr 2024-cü il tarixində Rəşad Quliyevin yaşadığı məhəllədə xatirəsinə ucaldılmış abidə önünə onun adını daşıyan sinfin şagirdləri qərənfil düzdü,  şəhidimizin xatirəsini yad etdi, eyni zamanda şəhidin anası Mətanət xanımı ziyarət edərək onun dilindən Rəşadla bağlı xatirələrini dinlədilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi