Xətai rayon İcra Hakimiyyətində yüksək bal toplayaraq ali təhsil müəssisələrinə daxil olan gənclərlə görüş keçirilib.

12 sentyabr 2024-cü il tarixində Xətai rayon İcra Hakimiyyətində yüksək bal toplayaraq ali təhsil müəssisələrinə daxil olan gənclərlə görüş keçirilib.

Tədbirdə Xətai rayon İcra Hakimiyyəti başçısı Rafiq Quluyev, YAP Xətai rayon Təşkilatının sədri Vüqar Rəhimzadə, rayon prokuroru Sərdar İmanov, Bakı şəhəri Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, rayon Ağsaqqallar Şurasının sədri Mürvət Əsgərov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Xətai rayon İdarəsinin rəisi Nicat Həsənov, məktəb direktorları, yüksək nailiyyətlər göstərərək tələbə adını qazanan gənclər iştirak ediblər.

Öncə müstəqilliyimizin, ərazi bütövlüyümüzün bərpası uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə məktəbimizin 650 baldan yüksək nəticəsi olan 3 məzunu Qocamanlı Fərid,Əhmədov İslam,Hacıyev Salim iştirak edib.

Xətai rayon İcra Hakimiyyəti başçısı Rafiq Quliyev, eyni zamanda bütün qonaqlar gəncləri ürəkdən təbrik edib və onlara uğurlar arzulayıb.

Sonda gənclərə fəxri fərman və hədiyyələr təqdim edilib, xatirə şəkilləri çəkilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi